BAKI, 15 avqust. TELEQRAF
Belçikanın Hay Fens təbiət qoruğunda ölkə tarixində ən böyük meşə yanğını baş verib.
Teleqraf "Reuters" agentliyinə istinadən xəbər verir ki, yanğının sahəsi 1600 hektara çatıb.
Avropa Birliyi yanğınla mübarizə aparmaq üçün üç helikopter və iki su püskürtmə təyyarəsi göndərib.
Cümə günü Belçikanın ən böyük təbiət qoruğunda yanğın baş verib. Yerli yanğınsöndürənlər, fermerlər və əsgərlər yanğınla mübarizə aparırlar. Şənbə günü yanğının sahəsi 1600 hektara çatıb ki, bu da yeni milli rekorddur. Əvvəlki ən böyük meşə yanğını 2011-ci ildə baş vermiş və təxminən 1400 hektar meşəni məhv etmişdi.