BAKI, 15 avqust. TELEQRAF

İsrail Livanın Hizbullah sihalı birləşməsini atəşkəsi pozmaqda ittiham edib.

Teleqraf xəbər verir ki, bBu barədə İsrail Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında bildirilir.

Avqustun 15-də İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə şəhəri və Ənsar kəndi yaxınlığındakı Hizbullah infrastrukturuna zərbələr endirdiyini açıqlayıb.

Netanyahunun ofisi bildirib ki, bu səhər Hizbullah sərhədin o tayındakı İsrail şəhərlərini qoruyan təhlükəsizlik zonasındakı qoşunlara hücum edib. Hizbullahın hücumu nəticəsində üç israilli əsgər əsgər ağır yaralanıb. İsrail Müdafiə Qüvvələri Hizbullahın mövqelərinə zərbələr endirməklə cavab verib.