BAKI, 15 avqust. TELEQRAF

Avropa Birliyinə üzvlük Ankara üçün prioritet deyil. Türkiyə birliyə qəbul edilməsə, Avropa özü uduzacaq.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin "Əl-Cəzirə" telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri Türkiyəni inteqrasiya etmək istəyini nümayiş etdirmir. "Görünür, Avropa Türkiyəni Avropa Birliyinə daxil etmək istəmir".

Qeyd edək ki, Türkiyə rəsmi olaraq 1987-ci ildə Avropa Birliyinə qoşulmaq üçün müraciət edib. Üzvlük danışıqları 2005-ci ildə başlayıb. Kipr nizamlanması da daxil olmaqla bir sıra məsələlərdə siyasi fikir ayrılıqları səbəbindən proses sonradan faktiki olaraq dondurulub.