BAKI, 15 avqust. TELEQRAF
ABŞ-nin Virciniya Dövlət Universitetində yataqxanaların qarşısında baş verən atışma nəticəsində 5 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, xəsarət alan şəxslərin hamısı yerli xəstəxanalara yerləşdirilib.
Universitetdən bildirilib ki, kampusa xeyli sayda hüquq-mühafizə orqanının əməkdaşı gəlib, istintaq davam edir.
Atışma ilə bağlı hələlik həbs olunan yoxdur.