BAKI, 15 avqust. TELEQRAF

Martda Qətərdə qəzaya uğrayan Su-24 qırıcı təyyarələrinin pilotları əsir götürülüb.

Teleqraf xəbər verir ki, bu barədə İran Baş Qərargahının İtkin Düşmüş Şəxslər Komitəsinin rəhbəri Məhəmməd Bağırzadə bildirib.

Onun sözlərinə görə, Cavad Salehi, Əbdülməcid Daştiyan və Omran Behruzian təxminən altı aydır ki, Qətər əsirliyindədirlər. Bağerzadə iddia edir ki, Qətər hakimiyyəti hələ də pilotlara qohumları və ya səlahiyyətli nümayəndələri ilə əlaqə saxlamağa icazə verməyib.

O, Beynəlxalq Qırmızı Xaç Komitəsini pilotlarla mümkün qədər tez görüşməyə, onların sağlamlıqlarını yoxlamağa və azadlığa buraxılmalarına kömək etməyə çağırıb .