BAKI, 15 avqust. TELEQRAF
Ukrayna Silahlı Qüvvələrinin son 24 saat ərzində itkiləri təxminən 1375 hərbçi təşkil edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin gündəlik hesabatında bildirilib.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin “Şimal” qoşun qrupunun məsuliyyət zonasında 245-ə qədər, “Qərb” qrupunun məsuliyyət zonasında 210-dan çox, “Cənub” qrupunun məsuliyyət zonasında isə 220-dən çox hərbçi itirib.
Hesabata əsasən, Ukrayna ordusunun “Mərkəz” qoşun qrupunun məsuliyyət zonasında itkiləri 355-dən çox, “Şərq” qrupunun məsuliyyət zonasında 315-dən çox olub.