BAKI, 15 avqust. TELEQRAF

Rusiya Daxili İşlər Nazirliyi genişmiqyaslı rəqəmsal layihə — yetkinlik yaşına çatmayanlara qarşı cinsi zorakılıq törətmiş şəxslərin ixtisaslaşmış reyestrini hazırlayır.

Teleqraf xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.

Deputat Anastasiya Udaltsova qəzetin sorğusuna cavabda bildirib ki, "Pedofil-Təcavüzkar" adlandırılan yeni xidmətin 2027-ci ildə tətbiqi planlaşdırılır.

Yeni sistem cinayətkarların kimliyini sürətlə müəyyənləşdirmək, qurbanların qorunması üçün məlumat bazalarını birləşdirmək məqsədi daşıyır.

Reyestr bu cür cinayət işlərinin araşdırılması üçün zəruri olan əsas sübutların mərkəzləşdirilmiş qaydada saxlanmasını və rahat şəkildə əldə edilməsini təmin edəcək.

Nazirlik qanunvericiliyi sərtləşdirmək üzərində də işləyir.