BAKI, 30 iyun. TELEQRAF

ABŞ prezidenti Donald Tramp ABŞ Ali Məhkəməsinin doğum hüququ ilə vətəndaşlıq hüquqlarını məhdudlaşdıran qərarını ləğv etmək qərarını "Çinin qələbəsi" adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

"Mən Çin Xalq Respublikasının Sədri Si Cinpini və böyük Çin dövlətini doğum hüququ əsasında vətəndaşlıq məsələsində qazandıqları möhtəşəm qələbə münasibətilə təbrik etmək istərdim", - deyə o bildirib.

Başqa bir paylaşımda o, Ali Məhkəmənin qərarından məyus olduğunu bildirib və Konqresi qanunvericilik yolu ilə bu müddəanı ləğv etməyə çağırıb.

Bundan əvvəl Tramp dəfələrlə fərmanını belə əsaslandırmışdı ki, doğum yerinə görə vətəndaşlıq hüququnu nəzərdə tutan norma ilkin olaraq "qulların övladları və onların müdafiəsi üçün nəzərdə tutulmuşdu". "Bu, Çindən və ya digər ölkələrdən olan milyarderlər üçün deyil", - deyə o vurğulamışdı.