BAKI, 28 avqust. TELEQRAF
2026–2027-ci tədris ili üzrə mərkəzləşdirilmiş qaydada şagird qəbulu həyata keçirilən lisey və gimnaziyalarda seçimlərin II mərhələsi başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Qeyd edək ki, bu mərhələ I seçimdən sonra boş qalan yerlər üçün nəzərdə tutulur.
Lisey və gimnaziya seçimi şagirdlərin şəxsi kabinetində “İmtahanlar” bölməsinin “Lisey seçimi” hissəsi vasitəsilə həyata keçiriləcək. Namizədlər bu mərhələdə maksimum 2 lisey və ya gimnaziya seçə bilərlər. İki təhsil müəssisənin seçilməsi məcburi deyil.
Şagird və valideynlərə yalnız təhsil almağı planlaşdırdıqları və üstünlük verdikləri lisey və ya gimnaziyanı seçim siyahısına daxil etmələri tövsiyə olunur.
II mərhələ üzrə seçim prosesi avqustun 31-i saat 12:00-da başa çatacaq.
Qeyd edilib ki, III mərhələ nəzərdə tutulmayıb.