BAKI, 28 avqust. TELEQRAF

Norveçin yeni Kralı, mərhum monarx V Haraldın oğlu rəsmi olaraq VIII Hokon adını götürüb.

Teleqraf xəbər verir ki, bu barədə kralın mətbuat xidməti məlumat yayıb.

Norveçin yeni kralının şüarı dəyişməz olaraq qalır:

“Əlahəzrət Kral VIII Hokon - Hər şey Norveç üçün”.

Xatırladaq ki, Norveç Kralı V Harald bu gün 89 yaşında Oslo xəstəxanasında vəfat edib.