BAKI, 28 avqust. TELEQRAF
“Almaniya üçün Alternativ” (AfD) Partiyası Rusiyaya yaxın siyasi qurumdur”.
Teleqraf xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
“Mənim qəti fikrimə görə, AfD kimi - ölkəmizin daxili-xarici təhlükəsizliyinə təhdid yaradan belə bir partiyaya qarşı aydın sərhəd var. Bu, Rusiyaya çox yaxın olan partiyadır. Onun nümayəndələri Berlindəki Rusiya səfirliyinə gedib-gəlir və Rusiya, eləcə də Putinlə çox sıx əlaqələr saxlayırlar. Mən bu yolla getməyəcəm”, - Almaniya lideri vurğulayıb.