BAKI, 28 avqust. TELEQRAF

ABŞ hərbçiləri Hörmüz boğazındakı bütün dəniz minalarını zərərsizləşdirib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper videomüraciətində bildirib.

“SEPAH tərəfindən bir neçə ay əvvəl körfəzdə beynəlxalq ticarət marşrutlarına yerləşdirilmiş dəniz minalarını uğurla zərərsizləşdirmişik”, - Kuper deyib.

CENTCOM rəhbərinin sözlərinə görə, bununla da Hörmüz boğazında gəmilərin hərəkəti üçün mina təhlükəsi aradan qaldırılıb.

Bununla belə, “Bloomberg” bu həftənin əvvəlində ABŞ-nin bəzi müttəfiqlərinin Vaşinqtonun açıqlamasına şübhə ilə yanaşdığını yazıb. Agentliyin məlumatına görə, müttəfiqlər Hörmüz boğazında hələ də dəniz minalarının qala biləcəyini ehtimal edirlər.