BAKI, 28 avqust. TELEQRAF

“Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkillərini təbrik edirəm, qarşıdakı məhkəmə proseslərindən yaxşı pul qazanacaqlar”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın “Xristian-Demokratik” partiyasının sədri Levon Şirinyan Robert Köçəryanın həbsini şərh edərkən deyib.

“Gözünüz aydın, mafiyadan pul qoparmaq üçün yaxşı fürsətdir, sağın. Yəqin vəkilləri Köçəryandan daha varlıdır”, - o bildirib.

Rusiyanın Robert Köçəryanın həbsi məsələsinə yenidən müdaxilə edib-etməyəcəyi ehtimalı barədə Şirinyan vurğulayıb:

“Yəqin indi Ermənistanda Putinə bir köməkçi taparlar. Əslində, onların heç vecinə də deyil. Siz hələ başa düşmədiniz ki, ruslar sizin dostunuz deyil? Moskva bunları çirkin işlərin içinə sürükləyərək bitirib. Köçəryan məsələsi bitib, bitib-qurtardı”.

Partiya sədrinin fikrincə, Rusiya Prezidenti Vladimir Putin Ermənistanın keçmiş rəhbərlərinə korrupsiya ilə məşğul olmağa icazə verib: “Putin onlara deyib: “Ermənistanı talayın, zorlayın, qorxmayın, təki hakimiyyətdə qalın”.

Levon Şirinyan Rusiyanın və ölkə daxilindəki mafiyanın qış ərəfəsində Ermənistan üçün problemlər yarada biləcəyini də istisna etmir:

“Oğru dövlət başçıları həbsdə olmalıdır”.