BAKI, 27 avqust. TELEQRAF
İsrail Müdafiə Ordusu (IDF) Qəzza zolağının cənubuna endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının Xan-Yunis bölgəsindəki hərbi qanadının komandiri İsmayıl İbrahim Barimi öldürüb.
Teleqraf "Times of İsrail"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Barimin Qəzza zolağının cənubundakı tuneldə üç israilli girov -
Edan Aleksandr, Matan Zanqauker və Avera Menqistunun qaçırılması və saxlanılmasında iştirak edib. HƏMAS sonra hər üç şəxsi azad edib.