BAKI, 28 avqust. TELEQRAF

Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavabda Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumatda deyilir ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.

Toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.