BAKI, 28 avqust. TELEQRAF
Qırğızıstanın Berlindəki səfiri Ömürbek Tekebayev nasist Almaniyasının lideri Adolf Hitlerlə bağlı zarafat edib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.
Diplomat bildirib ki, milliyyəti biologiya deyil, insanın daxili kimliyi müəyyən edir, “ari” adlandırılan genom etnik almanların yalnız 18 faizində mövcuddur:
“Əgər Hitler bu gün dirilsəydi və DNT analizlərinin nəticələrini görsəydi, ağlayardı. Düşünürəm ki, təkcə ağlamaqla kifayətlənməzdi”.
Tekebayev həmçinin qırğızların mümkün ari mənşəli köklərinə diqqət çəkib. Onun sözlərinə görə, bir nəzəriyyəyə əsasən, Qərbdən gələn ari tayfaları Şərqdə Altay xalqları ilə qarışıb:
“Biz şərti olaraq bu xalqı “protoqırğız”, yəni “qırğızların qədim əcdadları” adlandırırıq”.