GƏNCƏ, 28 avqust. TELEQRAF
Gəncədə 64 yaşlı qadın qətlə yetirilib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 64 yaşlı L. Verdiyevanı kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən oğlu 44 yaşlı Ramin İsmayılov saxlanılıb.
Qeyd edək ki, hadisə şəhər ərazisində yerləşən bazarda qeydə alınıb.
1962-ci il təvəllüdlü L.Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona yardım edilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb.