BAKI, 28 avqust. TELEQRAF

Özbəkistan Prezident Administrasiyasının (PA) rəhbəri Səidə Mirziyoyeva Pekində Çin xarici işlər naziri Van Yi ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan rəsmisi sosial mediada məlumat verib.

“Özbəkistan və Çin arasında strateji tərəfdaşlıq yeni səviyyəyə çatır və yeni üfüqlər açır”, - Mirziyoyeva bildirib.

PA rəhbəri həmçinin ölkələr arasında iqtisadi əlaqələrin inkişafının vacib olduğunu vurğulayıb.

Səidə Mirziyoyeva Pekinə ölkənin inkişafına göstərdiyi köməyə görə də təşəkkür edib.