BAKI, 30 iyun. TELEQRAF
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4278 nəfərə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, 2 martdan bəri İsrail hücumlarında ölənlərin sayı 21 nəfər artaraq 4278-ə çatıb, 12196 nəfər isə yaralanıb.
Atəşkəslə bağlı razılaşmaya baxmayaraq, İsrailin Livana hücumları davam edir.