BAKI, 30 iyun. TELEQRAF
Pakistanın Lahor şəhərində təhsil mərkəzinin damının uçması nəticəsində 14 şagird ölüb, 5 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, hadisə zamanı içəridə 35-40 şagird olub.
Həyatını itirən şagirdlər 7-12 yaş arasında olublar. Axtarış-xilasetmə xidmətinin işçiləri dağıtılar altında azı yeddi şagirdin qaldığını bildiriblər.
Hadisə ilə bağlı mərkəzin sahibi də daxil olmaqla, iki nəfər saxlanılıb.