BAKI, 6 noyabr. TELEQRAF

BMT Təhlükəsizlik Şurasında mandatın uzadılması ilə bağlı qətnamənin qəbul edilməməsindən sonra Qərbi Saharada fəaliyyət göstərən referendum missiyasının (MООНРЗС) ləğvinə başlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, prosesin qarşıdakı üç ay ərzində başa çatdırılması nəzərdə tutulur.

Bu müddət ərzində təşkilatın 14 obyektinin bağlanması, ən qiymətli avadanlıqların ərazidən çıxarılması və təxminən 120 hərbi müşahidəçinin bölgədən təxliyəsi planlaşdırılır.

Bununla yanaşı, qurumun təxminən 60 beynəlxalq və 130 yerli əməkdaşının işinə xitam veriləcək.