BAKI, 6 noyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin (UNOCT) regional ofisinin ölkəsində açılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə Şavkat Mirziyoyev Astanada keçirilən Akab Prosesi sammitində çıxışı zamanı bildirib.

Özbəkistan lideri qeyd edib ki, yaradılması təklif edilən regional ofis Mərkəzi Asiya ölkələrinin terrorçuluğa qarşı mübarizə imkanlarının gücləndirilməsinə xidmət edəcək.