BAKI, 22 iyun. TELEQRAF

Ukraynanın Çornomorsk limanı sahillərində Türkiyəyə məxsus təyyarə dron hücumuna məruz qalıb.

Teleqraf xəbər verir ki, Panama bayrağı altında üzən gəmiyə hücum nəticəsində iki nəfər yaralanıb.

Baş verənlərlə bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Rusiya-Ukrayna müharibəsinin eskalasiyası nəticəsində Türkiyənin Qara dənizdəki maraqlarını və regional təhlükəsizliyi təhdid edən hücumlarla bağlı narahatlıqları hər iki ölkənin hakimiyyət orqanlarına bildirilib. Qara dənizdə mülki gəmilərin naviqasiya təhlükəsizliyinin təmin edilməsinin Türkiyənin əsas prioritetlərindən biridir. Bütün tərəfləri bölgədəki gərginliyi azaltmaq üçün tədbirlər görməyə çağırırıq" - XİN-in məlumatında qeyd olunur.