BAKI, 9 iyun. TELEQRAF

Hindistanın Andxra Pradeş ştatında yerləşən polad zavodunda baş verən bədbəxt hadisə nəticəsində azı 8 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Vişakhapatnam şəhərində yerləşən müəssisədə qeydə alınıb. Polis bildirib ki, temperaturu 1600 dərəcə olan ərimiş dəmir kran vasitəsilə başqa sahəyə daşınarkən işçilərin üzərinə tökülüb.

Hadisə nəticəsində 8 nəfərin öldüyünü, 6 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.

Hindistanın Baş naziri Narendra Modi hadisə ilə bağlı dərin kədər hissi keçirdiyini bəyan edib.

O, həlak olanların ailələrinə başsağlığı verib, yaralananlara isə tezliklə sağalmalarını arzulayıb.