BAKI, 29 iyul. TELEQRAF

Yaxın Şərqdə xidmət edən bəzi amerikalı hərbçilərə mobil telefonlarını təhvil vermək tapşırıla bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, qərarın verilməsinə səbəb hərbçilərin sosial şəbəkələrdə paylaşdıqları video və şəkillərin İrana kömək edə biləcəyi qorxusudur. ABŞ hərbi rəhbərliyi hesab edir ki, İran bu görüntülər vasitəsilə vurduğu zərbələrin dəqiqliyini və dəyən ziyanı dərhal öyrənə bilir.