BAKI, 29 iyul. TELEQRAF
BMT baş katibi Antonio Quterreş Kipr məsələsinin nizamlanmasına həsr olunacaq növbəti sammitin keçiriləcəyi tarixi açıqlamayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Cənubi Kipr Prezidenti Nikos Xristodulidis və Cənubi Kipr Prezidenti Tufan Ərhürmanla keçirdiyi görüşlərdən sonra mətbuat konfransında danışıb.
Baş katib bildirib ki, belə görüşlər yalnız real nəticə əldə olunacağına əminlik olduqda keçirilməlidir: “Konkret tarix müəyyən edilməyib. Mümkün qədər tez-tez və səmərəli şəkildə birlikdə işləyəcəyik”.
Quterreş qeyd edib ki, hər iki tərəf və Kiprin təhlükəsizliyinin təminatçısı olan dövlətlər “5+1” formatında yeni görüşün keçirilməsinə razılıq veriblər. Bununla belə, o vurğulayıb ki, sammitə qədər tərəflər arasında etimadın möhkəmləndirilməsi, danışıqlar metodologiyasının hazırlanması və gündəliyin məzmununun razılaşdırılması vacibdir.
“Mən nəticəsiz görüşlər keçirmək istəmirəm. Arzum odur ki, “5+1” formatındakı növbəti görüş uğurlu olsun və Kipr probleminin həllinə aparan yolu açsın”.
Xatırladaq ki, “5+1” formatında keçirilən görüşlərdə nənəvi olaraq Şimali Kipr və Cənubi Kiprin liderləri, təminatçı ölkələr – Türkiyə, Böyük Britaniya və Yunanıstan, eləcə də BMT baş katibi iştirak edir. Bu formatda son görüş 2025-ci ilin iyulunda Nyu-Yorkda keçirilib. Yeni sammitin əsas məqsədi isə 9 il əvvəl dayandırılmış Kipr nizamlanması üzrə danışıqların bərpası üçün şərtlərin razılaşdırılmasıdır.