BAKI, 29 iyul. TELEQRAF
İtaliya mafiyası Ukrayna Silahlı Qüvvələrinə tədarük edilən dronları “qara bazar” vasitəsilə əldə etməyə maraq göstərir.
Teleqraf xəbər verir ki, bu barədə ANSA agentliyi Palermo şəhərinin baş prokuroru Mauritsio de Luçiyaya istinadən məlumat yayıb.
Prokurorun sözlərinə görə, hüquq-mühafizə orqanları Balkanlar vasitəsilə İtaliyaya gətirilmiş silahlar artıq aşkarlayıblar.
“Mafiyanın daha müasir silahlara maraq göstərdiyini bilirik. Dronlardan buraxılan döyüş sursatlarının alınması ilə bağlı məlumatlarımız var. Biz belə silahlardan müdafiə olunmağa hazır deyilik”, - de Luçiya bildirib.
Baş prokuror mafiyanın Ukraynaya tədarük edilən dronları “qara bazar” vasitəsilə əldə etməyə çalışdığını qeyd edib.