BAKI, 29 iyul. TELEQRAF
"İlk oyundan fərqli olaraq, qol fürsətlərindən yararlanmaq istəyirik".
Teleqraf xəbər verir ki, bunu "Zirə"nin futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.
O, sabahki oyunda qalib gəlməyə çalıacaqlarını deyib:
"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki, meydanda diqtə edən tərəf biz idik. Rəqib müdafiədə yaxşı iş gördü. Biz də həftə boyu bütün hazırlıqlarımızı bu yöndə aparmışıq".
Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıtda "SOCAR Palmer Arena"da keçiriləcək.