BAKI, 29 iyul. TELEQRAF

Yaponiyanın Kyüşü adasında baş verən 7,1 maqnitudalı zəlzələ nəticəsində ilkin məlumata görə, azı 6 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Kumamoto prefekturasının Kaşima şəhərində yerləşən “Aeon” ticarət mərkəzində zəlzələdən sonra, ehtimal ki, qaz sızması nəticəsində güclü partlayış baş verib. Burada iki nəfər ölüb, bir nəfərin vəziyyəti kritikdir. Dağıntılar altından səkkiz nəfər çıxarılıb, onlardan beşi xəsarət alıb. Daha əvvəl ticarət mərkəzinin 20-30 əməkdaşı ilə əlaqənin kəsildiyi bildirilmişdi.

Kyüşüdəki “Nippon Paper Industries” zavodunda isə zəlzələ nəticəsində tüstü bacası uçub. Dağıntılar altında iki nəfər həyat əlamətləri olmadan aşkarlanıb, daha doqquz nəfərlə əlaqə yaratmaq mümkün olmayıb.

Kumamoto prefekturasının Yatsuşiro şəhərində də uçmuş binanın dağıntıları altından bir nəfərin meyiti çıxarılıb.

Bölgənin müxtəlif xəstəxanalarına onlarla yaralı çatdırılıb.

Yaponiyanın Baş naziri Sanae Takaiçinin sözlərinə görə, zəlzələ nəticəsində yanğınlar baş verib, bəzi ərazilərdə yollar və körpülər zədələnib, binalar uçub və elektrik enerjisinin verilişində fasilələr yaranıb.