BAKI, 28 iyul. TELEQRAF

Danışıqları bərpa etmək və hərbi əməliyyatları dayandırmaq təklifi ABŞ hakimiyyətindən gəlib.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

"Amerikalılar bizə danışıqlar təklifi ilə müraciət etdilər. Bundan əlavə, onlar Oman vasitəsilə bir daha bizə qarşı hərbi əməliyyatlar aparmayacaqları barədə mesaj çatdırdılar. Tehran son iki həftədə Vaşinqtondan heç bir xahiş etməyib və zərbələr mübadiləsini davam etdirməyə hazırdır" - XİN rəsmisi qeyd edib.