BAKI, 29 iyul. TELEQRAF

2026-cı ilin yanvar-iyun aylarında (qeyri-monetar qızıl istisna olmaqla) Azərbaycanın qeyri-neft sektoruna aid malllarının ən çox ixrac edildiyi ölkə Rusiya olub.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Qonşu ölkəyə 596,1 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid malllar ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 350,7 milyon ABŞ dolları, Gürcüstana 279,8 milyon ABŞ dolları, İsveçrəyə 213,9 milyon ABŞ dolları, Ukraynaya isə 73,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2026-cı ilin iyun ayında Rusiya Federasiyasına 162,4 milyon ABŞ dolları, Gürcüstana 50 milyon ABŞ dolları, Türkiyəyə 44,6 milyon ABŞ dolları, İsveçrəyə 35,2 milyon ABŞ dolları, Amerika Birləşmiş Ştatlarına 14,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.