BAKI, 28 iyul. TELEQRAF
Türkiyə Neft Şirkəti (TPAO) İraqın şimalındakı Kərkükdə yataqların işlənməsində iştirak edəcək.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
İraqın Baş naziri Əli əl-Zeydinin Ankaraya səfəri zamanı bu barədə müqavilə imzalanıb.
"Türkiyə Neft Şirkəti Kərkükdəki yataqların işlənməsində iştirak etmək hüququ əldə edib. Bu gün imzalanan müqavilə enerji tərəfdaşlığında tarixi bir addımdır" - Ərdoğan qeyd edib.
Türkiyənin energetika naziri Alparslan Bayraktar isə bildirib ki, BP ilə imzalanan müqaviləyə uyğun olaraq, TPAO BP Energy Company of Kirkuk Limited (BPECKL) şirkətində 15% pay əldə edib.