BAKI, 28 iyul. TELEQRAF
Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə sistemləri İraq ərazisindən buraxılan və krallığın neft obyektlərinə yönəlmiş bir neçə pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Turki əl-Maliki bildirib.
"Son saatlarda hava hücumundan müdafiə sistemləri Şərq əyalətindəki neft obyektlərinə hücum etməyə çalışan bir neçə dronu ələ keçirib və məhv edib. Hücumlar yenidən İraq ərazisindən başlayıb və İranın dəstəklədiyi terrorçu qruplar tərəfindən həyata keçirilib" - Maliki qeyd edib.