BAKI, 29 iyul. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsindəki parlament seçkilərdən sonra Rusiya Prezidenti Vladimir Putinlə ilk telefon danışığının uğurlu alındığını bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə N.Paşinyan özü məlumat verib.

Hökumət rəhbəri Rusiya lideri ilə bir sıra vacib məsələlərdə razılığa gəldiklərini bildirib:

"Biz razılaşdıq ki, Ermənistanın özünə başqa yollar və tərəfdaşlar seçməyə tam qanuni haqqı var. Mən Rusiya Prezidentinə dedim ki, xalqımız da seçimini bu istiqamətdə edib və biz bu yolla gedəcəyik".

Paşinyan vurğulayıb ki, ölkənin çətin vəziyyətdə seçimsiz qalması dövrü artıq geridə qalıb və Ermənistan bütün məsələlərdə hər zaman başqa variantlara da malik olmalıdır.