BAKI, 28 iyul. TELEQRAF

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Binyamin Netanyahu arasında Ağ Evdə görüş başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

***
19:53

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla görüşmək üçün Ağ Evə gəlib.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Bu, Netanyahunun Trampın prezidentliyə qayıtmasından bəri səkkizinci, fevral ayında İrana qarşı müharibəyə başlamasından bəri isə ilk görüşüdür.

Netanyahu Ağ Evə yan girişdən daxil olub və jurnalistlər bu girişi yalnız qismən görə biliblər.

İrana qarşı hərbi əməliyyatların başlamasından üç həftədən az müddət əvvəl baş tutan əvvəlki görüş zamanı İsrailin baş naziri Trampı İran hədəflərinə zərbə endirməkdə İsrailə qoşulmağa razı salmışdı.

Lakin münaqişənin başlanğıcından bəri iki lider arasında münasibətlər daha da gərginləşib. Mənbələrin məlumatına görə, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndələri Netanyahunun müharibənin gedişi və nəticəsi ilə bağlı bir çox proqnozlarının gerçəkləşməməsindən narazılıqlarını bildiriblər.

Ağ Ev nümayəndəsinin sözlərinə görə, danışıqlar zamanı liderlər aşağıdakı əsas məsələləri müzakirə etməyi planlaşdırırlar: İranla bağlı davam edən münaqişə, İsrailin Livanın cənubundakı mövcudluğu və "İbrahim Sazişləri"nin (İsrailin ərəb ölkələri ilə münasibətlərini normallaşdırmaq üçün razılaşmalar) genişləndirilməsi səyləri.