BAKI, 29 iyul. TELEQRAF

Ermənistan baş nazirinin baş müşaviri Lilit Makunts Baş nazir Administrasiyasının rəhbəri təyin ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan brifinqdə bildirib.

Qeyd edək ki, hazırda Ermənistan Baş nazir Administrasiyasına Araik Arutyunyan rəhbərlik edir.