BAKI, 29 iyul. TELEQRAF

Təşkilata sədrliyi öz üzərinə götürən Hindistan BRICS-in sentyabrda keçiriləcək sammitinə bəzi tərəfdaş ölkələri də dəvət etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Randhir Caysval keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, tədbirdə yalnız təşkilatın əsas üzvləri deyil, onlarla əməkdaşlıq edən digər dövlətlər də yer ala bilər:

"Hazırda Hindistan sammitdə müzakirə olunacaq mövzuları hazırlayır. Sammitin dəqiq proqramını formalaşdırmaq üçün nazirlər və mütəxəssislər səviyyəsində müxtəlif görüşlər keçirilir".

Qeyd edək ki, sayca 18-ci BRICS sammiti sentyabrın 12-13-də Nyu-Dehlidə baş tutacaq. Görüşün əsas mövzusu ölkələr arasında işbirliyini artırmaq, yeni texnologiyaları tətbiq etmək və inkişafı gücləndirməkdir.