BAKI, 29 iyul. TELEQRAF
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Yaxın Şərqdəki Amerika qüvvələrinə qarşı ballistik raketlərlə hücum cəhdi etdiyini və bütün raketlərin zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə CENTCOM “X” sosial şəbəkəsində məlumat yayıb.
“Bu gün ABŞ-nin Şərq sahili vaxtı ilə saat 17:45-də İran İslam İnqilabı Keşikçiləri Korpusu Yaxın Şərqdəki ABŞ qüvvələrinə qəfil hücum etməyə cəhd göstərib. İranın bütün raketləri uğurla ələ keçirilib”, - məlumatda bildirilib.
***
02:47
İranın İordaniya ərazisində yerləşən ABŞ hərbi bazasına doğru atdığı ballistik raketlər zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
“İran İordaniyadakı ABŞ bazası istiqamətində ballistik raketlər buraxıb”, - məlumatda bildirilib.
Raketlərin havada ələ keçirilərək vurulduğu qeyd edilib.
Hücumun mümkün nəticələri barədə əlavə məlumat verilməyib.