BAKI, 28 iyul. TELEQRAF

Oman Hörmüz boğazının cənub marşrutunun minalardan təmizlənməsini təklif etdi, lakin İran sular üzərində nəzarəti itirmək istəmədiyi üçün təklifi rədd etdi.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi bildirib.

"Omanlı dostlarımız cənub marşrutunun minalardan təmizlənməsi üçün üçüncü bir ölkəni dəvət etmək istədikdə belə, biz buna icazə vermədik, çünki İslamabad Memorandumunun 5-ci bəndinə uyğun olaraq, minalardan təmizlənmə və boğazın təhlükəsizliyini təmin etmək üçün tədbirlər yalnız İranın məsuliyyətidir", - deyə o, İran dövlət televiziyasında bildirib.

Qəribabadi qeyd edib ki, ABŞ-ın Tehranın elan etdiyi qaydaları pozaraq boğazın cənub marşrutundan gəmilərin keçidini asanlaşdırmaq cəhdləri son zamanlar vəziyyətin gərginləşməsinə səbəb olub.