BAKI, 29 iyul. TELEQRAF
İran Səudiyyə Ərəbistanına digər ölkələrin ərazisindən endirilən zərbələrlə əlaqəsinin olmadığını bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB hərbi dairələrdəki mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, İranın regionda ABŞ-nin maraqlarına qarşı yönələn istənilən hücumla əlaqələndirilməsi ciddi yanlış qiymətləndirmədir və bölgədəki vəziyyətin düzgün anlaşılmamasından irəli gəlir.
Bundan əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin sözçüsü Türki əl-Maliki krallığın hava hücumundan müdafiə qüvvələrinin İraq ərazisindən buraxılan və neft obyektlərini hədəfə alan bir neçə pilotsuz uçuş aparatını məhv etdiyini bildirmişdi.