BAKI, 28 iyul. TELEQRAF

Kiyev Xəzər dənizində İran gəmisinə edilən zərbədən sonra dəyən ziyanı kompensasiya etməlidir.

Teleqraf xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi ukraynalı həmkarı Andriy Sibiqa ilə telefon danışığında bildirib.

“İran eskalasiya axtarmır, amma vətəndaşlarımıza və ya maraqlarımıza qarşı hər hansı bir hücumun qəbuledilməz olduğunu açıq şəkildə bildirir. Vurulan zərər ödənilməlidir”, - deyə Əraqçi Sibiga ilə telefon danışığından sonra X sosial media səhifəsində yazıb.

Nazirin sözlərinə görə, həmsöhbəti ona İran gəmisinə hücumun qəsdən edilmədiyinə və Kiyevin eskalasiya axtarmadığını deyib.

İran Xarici İşlər Nazirliyi iyulun 25-də Ukraynanın Xəzər dənizində, Rusiyanın ərazi sularında İran ticarət gəmisini vurduğunu və nəticədə bir heyət üzvünün öldüyünü açıqlayıb.