BAKI, 29 iyul. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın müharibəni dəstəkləyən obyektlərinə qarşı yeni uzaqmənzilli zərbələrin endirildiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada bildirib.
Dövlət başçısının sözlərinə görə, Ryazan şəhərində yerləşən neft emalı zavodu və logistika mərkəzi vurulub. Zelenski qeyd edib ki, bu obyektlər Ukrayna sərhədindən təxminən 360 kilometr məsafədə yerləşir.
Prezident deyib ki, müvəqqəti işğal altında olan Krımda Rusiya Qara dəniz Donanmasının sürətli katerlərinin bazası da hədəfə alınıb:
Perm vilayətindəki neft emalı zavoduna, həmçinin Rostov vilayətində yerləşən ixrac terminalına və hərbi müəssisəyə də zərbələr endirilib”.
Zelenski əməliyyatlarda iştirak edən hərbçilərə təşəkkür edərək bildirib ki, Rusiya bu müharibənin hər gününün onun üçün daha ağır nəticələr doğurduğunu hiss etməlidir:
“Təcavüzkarı zəiflətməli və müharibənin başa çatmasını yaxınlaşdırmaq üçün təzyiqi davam etdirməliyik”.