BAKI, 29 iyul. TELEQRAF

2026-cı ilin yanvar–iyun aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") tərəfindən dünyanın 33 ölkəsindən olan 90-a yaxın şirkətə 13,1 milyon ABŞ dolları dəyərində telekommunikasiya xidmətləri göstərilib.

Teleqraf xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın iyul sayında bildirilir.

Hesabat dövrü ərzində formalaşan ümumi gəlirlərin 63 faizini ixrac əməliyyatları təşkil edib.

Peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,6 milyon ABŞ dolları ilə Lüksemburq, 605,4 min ABŞ dolları ilə Türkiyə, 603,4 min ABŞ dolları ilə Pakistan və 327,9 min ABŞ dolları ilə Misir qərarlaşıb.