BAKI, 29 iyul. TELEQRAF
İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla Ağ Evdə keçirilən görüşünü yüksək qiymətləndirib.
Teleqraf xəbər verir ki, bu barədə o, sosial şəbəkədəki video müraciətində bildirib.
B. Netanyahu Trampla söhbətini indiyədək olan ən yaxşı və səmimi görüşlərdən biri adlandırıb:
"Tərəflər bir-birini tam anlayıb və görüşün əsas məqsədlərindən biri İranın nüvə silahı əldə etməsinin qarşısını almaq olub. Danışıqlarda Donald Trampın bütün komandası iştirak edib. Görüşdə İsrailin təhlükəsizliyi və gələcəyi üçün vacib olan birgə addımlar razılaşdırılıb".