BAKI, 29 iyul. TELEQRAF

Ceyranbatan - Maştağa xəttinin 6-cı kilometrində diametri 1200 mm olan xəttin istismar müddəti bitmiş 22 metr qəzalı hissəsi yenisi ilə əvəzlənib.

Teleqraf xəbər verir ki, bu barədə ADSEA-nın mətbuat xidməti məlumat yayıb.

İşlər fasiləsiz şəkildə aparılıb. Hazırda təmir-bərpa işləri yekunlaşmaq üzrədir.

Növbəti mərhələdə xəttin yuyulması, içməli su ilə doldurulması, müvafiq anbarlara çatdırılması və ərazidaxili xətlərə ötürülməsi prosesi həyata keçiriləcək.