BAKI, 29 iyul. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun ölümü vacibdir”.
Teleqraf xəbər verir ki, bunu İran parlamenti sədrinin müşaviri Əlirza Səlimi yerli mediaya deyib.
Deputat İranın keçmiş ali rəhbəri Ruhullah Xomeyninin hindistanlı yazıçı Salman Rüşdi ilə bağlı fətvasına istinad edərək bildirib:
“Ölkənin ali rəhbəri (Müctəba Xamenei) təkcə qisas məsələsini yox, həm də qisas hökmünün icrası məsələsini gündəmə gətirib. Parlamentin mövqeyi də bu yöndədir və bunu dəstəkləyir.
ABŞ və İsrail rəhbərləri Salman Rüşdiyə tətbiq edilən hökmə bənzər hökmə layiqdir. Qanları halal, öldürülməsi vacibdir. Onlar rahat ölməyəcəklər, hər gecə kabus görəcəklər”.
Səlimi həmçinin bəzi region ölkələrinin artıq “ibrət götürdüyünü”, digərlərinin isə yaxın vaxtlarda bununla üzləşəcəklərini iddia edib.
“Düşmənə öz hava məkanını və ərazisini təqdim edən ölkələr legitim hədəfdir”, - iranlı deputat vurğulayıb.