BAKI, 29 iyul. TELEQRAF

İran ABŞ-yə danışıqların keçirilməsi ilə bağlı müraciət etməyib.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi IRIB telekanalına açıqlamasında bildirib.

O, bununla ABŞ Prezidenti Donald Trampın Tehranın Vaşinqtondan görüş istəməsi barədə açıqlamasını təkzib edib.

“Əksinə, danışıqların keçirilməsi təklifi ilə dəfələrlə mesaj göndərən məhz amerikalılar olub”, - Qəribabadi bildirib.

Qeyd edək ki, daha əvvəl Tramp İranın Vaşinqtondan görüş tələb etdiyini açıqlamışdı. ABŞ lideri hazırda Vaşinqtonla Tehran arasında “çox dostyana” danışıqların aparıldığını da bildirmişdi.