BAKI, 18 aprel. TELEQRAF
Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ikitərəfli görüş zamanı beynəlxalq və regional gündəliyin əsas məsələləri, o cümlədən Fars körfəzi və Yaxın Şərqdəki vəziyyət ətraflı müzakirə olunub.
Tərəflər böhranların həlli üçün effektiv mexanizmlərin hazırlanması məqsədilə gələcəkdə də konstruktiv əməkdaşlığın davam etdirilməsində qarşılıqlı maraqlı olduqlarını vurğulayıblar.
***
11:09
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Antalya Diplomatiya Forumu çərçivəsində rusiyalı həmkarı Sergey Lavrov ilə görüşməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "TASS" agentliyinə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Türkiyə XİN başçısının forum çərçivəsində dəvət olunmuş digər xarici işlər nazirləri ilə də bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.