BAKI, 17 aprel. TELEQRAF
Beynəlxalq idarəetmə sisteminin təcili olaraq daha inklüziv, şəffaf və hesabatlı olması şərtdir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun (ADF) açılış mərasimindəki çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, gərginliyin artması regionu yaxın tarixin ən ciddi sınaqlarından biri ilə üz-üzə qoyub: "Hazırda ilk və təxirəsalınmaz vəzifə atəşi söndürməkdir. Əldə olunmuş atəşkəsin sahədə tam tətbiqi və prosesin qalıcı sülhə çevrilməsi səmimi təmənnamızdır. Bu işdə əməyi keçən hər kəsə, başda Pakistanın Baş naziri olmaqla bütün qardaşlarımıza təşəkkür edirik".
H.Fidan diplomatiyanın mahiyyətinə toxunaraq bildirib ki, Türkiyənin bu məsələdə vizyonu iki əsas sütun üzərində qurulub:
"Birinci sütun qlobal səviyyədə institusional islahatlardır. Beynəlxalq idarəetmə sisteminin təcili olaraq daha inklüziv, şəffaf və hesabatlı olması şərtdir. Bizim anlayışımıza görə, diplomasiya yanğını yayılmadan durdurmaq iradəsi, qopmuş bağları səbirlə onarmaq qabiliyyəti və düşmənçilikləri tale olmaqdan çıxarmaq cəsarətidir".