BAKI, 6 aprel. TELEQRAF

Türkiyənin xarici işlər naziri Hakan Fidanla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, söhbət zamanı bölgədəki son vəziyyət və müharibənin gedişi müzakirə olunub.